Azərbaycan bəstəkarlarının yaradıcılığında Nizami mövzuları

    Nizami mövzuları bəstəkar yaradıcılığına hələ 1940-cı illərdən daxil olmuşdur. Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsi ilə bağlı, demək olar ki, o dövrün bütün bəstəkarları Nizami irsinə müraciət etmiş və müxtəlif janrlarda əsərlər yaratmışlar. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi bu yubileyi bir qədər təxirə salsa da, lakin 1947-ci ildə keçirilmiş yubiley tədbirləri musiqi həyatımızda böyük əks-səda doğurdu. Məhz bu dövrdə Azərbaycan bəstəkarlarının musiqi mədəniyyətimizdə yeni səhifə açan və dünya musiqi irsini zənginləşdirən bir sıra əsərləri yaranmışdır ki, bu gün onlar bizim musiqi klassikamıza çevrilmişdir. Nizami mövzuları bundan sonra Azərbaycan musiqisinə əbədi daxil olaraq, nəsil-nəsil bütün bəstəkarların yaradıcılığına ilham vermişdir və bu mövzuda əsərlərin yaranması indi də davam edir.

7-ci sinifdə Səkinə müəllimin musiqi dərsi çox maraqlı keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi