Dünya şöhrətli alim Lütfi Zadə

2021-ci ilin fevral ayında dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anadan olmasının 100 illiyi tamam olur. Prezident İlham Əliyev “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2021-ci il tarixində Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq məktəbin informatika müəllimi Arzu Bayramova 08.06. 2021-ci il tarixində məktəbin 5b sinif şagirdlərinin iştirakı ilə “ Dünya şöhrətli alim – Lütfi Zadə” mövzusunda dərs keçmişdir. Şagirdlər görkəmli elm xadiminin həyat və yaradıcılıq yolu haqqında video çarxa baxmış, topladıqları məlumatları bölüşmüş, A. Bayramovanın onlara verdiyi geniş məlumatlarla tanış olmuşlar