Onlayn valideyn iclası

  Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış sinfi – IX siniflərin valideynləri üçün Microsoft Teams platforması üzərindən onlayn valideyn iclası keçirildi. İclasda 2020/2021-ci tədris ilinin sonunda keçiriləcək buraxılış imtahanları ilə bağlı məsələlər müzakirə olundu. İclası giriş sözü ilə açan məktəbin direktoru Arzu Nəzərova IX sinif şagirdlərinin buraxılış imtahan nəticələrinin daim diqqət mərkəzində olması, bu nəticələrin məktəb fəaliyyətinin rəqəmlə ifadəsi olmaqla yanaşı, məktəbdə tədrisin real vəziyyətini göstərdiyini valideynlərin nəzərinə çatdırdı.

Valideynlərin suallarına cavab verən məktəbin direktoru məktəb valideynlərinin öyrədən olaraq işini yüksək səviyyədə quran Azərbaycan və rus dili, riyaziyyat və ingilis dili fənlərini tədris edən müəllimlərin bu işə cəlb olunduğunu, tədris prosesinin hər an izlənəcəyini onlayn iclas iştirakçılarının diqqətinə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi