Ümummilli lider Heydər Əliyev - 98

   Məktəbimizin tarix müəllimi Gülbəniz Abbasovanın təşkilaçılığı ilə ümummilli lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Gülbəniz müəllimə şagirdlərə ulu öndərin həyatı, fəailiyyəti barədə geniş məlumatlar verdi. Onların diqqətinə çatdırıldı ki, Azərbaycançılıq məfkurəsinin yaradıcısı kimi ulu öndər Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının reallaşdırılmasına, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail oldu. Müstəqilliyi xalqımızın ən qiymətli neməti hesab edən dahi şəxsiyyət olduqca mürəkkəb bir dövrdə onu qoruya bilib. Bildirilib ki, ulu öndərin Azərbaycanın gələcək inkişafı naminə müəyyənləşdirdiyi siyasət bu gün ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının fəaliyyəti Azərbaycanın daha sürətlə inkişaf etməsinə, tərəqqisinə, demokratiyanın və vətəndaş cəmiyyətinin daha da möhkəmləndirilməsinə yönəlib. Onun həyata keçirdiyi düzgün və düşünülmüş siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə yüksəlir, bütün sahələrdə qazanılan uğurlar artır. Bu uğurlar respublikanın bütün bölgələrini müasirliyə qovuşdurub. Tədbirin sonunda 9ç sinif şagirdi Zeynəb Quliyevanın Heydər Əliyev haqqında hazırladığı təqdimat nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi