Görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi ilə bağlı tədbir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər müəyyənləşdirilib.Müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planına əsasən, ümumi təhsil müəssisələrində istedadlı şagirdlərin iştirakı ilə professor Lütfi Zadənin elmi yaradıcılığına həsr olunmuş “Dəyirmi masa”, “Açıq dərs” və bilik yarışlarının təşkili, onun həyat və fəaliyyətini əks etdirən real və virtual sərgilərin nümayişi nəzərdə tutulur. Bu gün məktəbimizin riyaziyyat müəllimi Gülyanaq Dadaşovanın rəhbərliyi ilə 5ç sinfində Lütfi Zadənin 100 illik yubleyinə həsr olunmuş “Açıq dərs” keçirildi. Dərsdə şagirdlər Lütfi Zadənin həyat və yaradıcılığını əks etdirən slayd nümayiş etdirildi, görkəmli alimin məntiqi və bu məntiq əsasında işləyən cihazlar haqqında məlumat verildi. Gülyanaq müəllimə açıq dərsdə çox maraqlı metod və üsullardan istifadə etdi.