Beynəlxalq Online VEX Robotics yarışmasında

  İzmir Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən beynəlxalq Online VEX Robotics yarışmasında STEAM Azərbaycan layihəsi tərəfindən qoşulan məktəblərin siyahisinda məktəbimizin 4 şagirdi və 1 nəfər müəllim də iştirak etmişdir. Tədbirin sonunda onlar iştirakçı sertifikatlarına layiq görülmüşdülər. Azərbaycanı yarışda 26 komanda təmsil edirdi. VEX robot yarışmaları dünyanın ən populyar yarışmalarından sayılır. İştirakçı ölkə və şagird sayına görə müxtəlif liqalar (VEX V5, VEX IQ, VEX  AI) üzrə dünya lideridir. Qeyd edək ki, yarışa ümumilikdə 400-dən çox komanda qatılmışdır.

Final 23 aprel 2021-ci il tarixində distant formada keçirilmişdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi