"Imtahan stresi” mövzusunda vebinar

Məktəbin psixoloqu Urba Orucova tərəfindən 15.04.2021-ci il tarixində şagirdlərə “Imtahan stresi” mövzusunda vebinar keçirildi. Vebinarda şagirdlərə stress nədiir? stresin yaranması, səbəbləri, mərhələləri, növləri, imtahan stresi və aradan qaldırılması metodları haqqında ətraflı məlumat verdi. Daha sonra stresin həyata rəng qatmasını, stresin həyatımızın bir parçası olmasını vurğuladı. Stress insanı yox insan stresi idarə etmənin üsulları haqqında ətraflı məlumat verildi. Məktəbin psixoloqu şagirdlərə imtahan öncəsi və imtahan zamanı yaranan stresi qısa müddətdə aradan qaldırılması yollarını izah etdi. Sonda şagirdlərə imtahanda uğurlar arzu edildi.