“ Kərpickəsən qocanın dastanı” hekayəsi

Dahi şair və mütəffəkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar olaraq 2021-ci il Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında Nizami Gəncəvi ili elan edilmişdir. Məktəbimizin Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəlalə Məmmədovanın təşkilatçılığı ilə 5a sinif şagirlərinin iştirakı ilə tədbir keçirildi. Şagirdlərin ifasında nəsihətamiz ruhda şeirləri, hikmətli kəlamları söylənilmişdir. “Oğluma nəsihət “ şeirində şairin gələcək həyata atılan gənclərə nəsihətləri şagirdlərin ifasında dinlənildi. Səhnəcik üzərində qurulan “ Kərpickəsən qocanın dastanı” hekayətində əməyin , zəhmətin insanı ucaldan keyfiyyət olduğu, zəhmətə xor baxmağın peşmanlıqla nəticələndiyi diqqətə çatdırılır. Böyük şairin zəngin yaradıcılığı qədim tarixə malik Azərbaycan mədəniyyətinin inkişafında yeni parlaq mərhələdir. Nizami öz əsərləri ilə Şərq ictimai bədii fikrində yeni bir səhifə açmış, bədii yaradıcılığa əsirlər boyu məhəbbətlə özlənilən bu gündə həyati əhəmiyyətini itirməyən ənənələr gətirmişdir.