Əbədi şagirdimiz Etibar Əliyevin doğum günüdür

  Əliyev Etibar Allahverdi oğlu 6 aprel 1975-ci ildə Bakıda anadan olub. 1982-1992-ci illərdə Səbail rayonundakı 162 saylı orta məktəbdə təhsil alıb. Hal-hazırda məktəb Nazirlər Kabinetinin 144 №-li qərarına əsasən vaxtilə burada təhsil almış, Qarabağ müharıbəsində Tərtər rayonunun Qapanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Etibar Allahverdi oğlu Əliyevin adını daşıyır. 

könüllü olaraq, Azərbaycanın Milli Ordu sıralarına yazılıb. Ailənin tək oğul övladı olduğu üçün Etibar döyüş bölgəsinə göndərilməyib. Lakin dekabrın 19-da o, 14 əsgər yoldaşı ilə birlikdə könüllü olaraq, ön cəbhədə xidmət edən ordu sıralarına qoşulub. Etibar Gəncədəki N saylı hərbi hissə tərkibində qısa hazırlıq təlimləri keçdikdən sonra Goranboy istiqamətində gedən açıq döyüşlərə qatılıb. Goranboyun Tapqaraqoyunlu və Tərtərin Cəmilli kəndi istiqamətində ağır itkilərlə müşayiət olunan döyüşlərdə Etibargil Tərtərə qədər gəlib şıxa biliblər. Burada o, Tərtər batalyonuna daxil olub.

1994-cü il may ayında Tərtərin Qapanlı kəndində gedən döyüşlərdə başından qəlpə yarası alan Etibar ilkin tibbi yardım gösrətilərək arxaya göndərilir. Döyüş səngiyəndən sonra ön cəbhəyə qayıdaraq döyüş dostlarını axtararkən ermənilər tərəfindən əsir götürülüb. 24 gün Şuşada əsir saxlanıldıqdan sonra, iyunun 4-də erməni əsir ilə dəyişdirilib. Bakıda hərbi qospitala yerləşdirilən Etibar iyulun 16-da tibbi müdaxilələrə baxmayaraq, dünyasını dəyişib.

Etibar Əliyev Bakıdakı II “Şəhidlər xiyabanı”nda dəfn edilib. 

Allah rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi