Yol nişanları

Məktəbimizin ibtidai sinif müəllimləri Mədinə Səfərova və Leyla Məmmədlinin rəhbərliyi ilə 2B və 2Ç sinfində "Yol nişanları" mövzusunda sinif təşkilat saatı keçirildi. Şagirdlərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verildi. Şagirdlər yol hərəkəti qaydaları, ayrı-ayrı yol nişanları haqqında geniş məlumat alaraq onlara necə əməl etməli olduqlarını öyrəndilər. Eyni zamanda müəllimlər şagirdlərə bu nişanlara əməl etməli olduqlarının vacibliyindən bəhs etdilər. Müəllimlər nəqliyyatda bu nişanların önəmli olduğundan danışaraq, əksər yol qəzalarının bu nişanları bilməməkdən irəli gəldiyini şagirdlərin diqqətinə çatdırdılar. Sonda şagirdlər öyrəndikləri yol nişanlarını göstərərək biliklərini nümayiş etdirdilər.