Monitorinq

  Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına hazırlığın təşkili vəziyyətini öyrənmək məqsədilə Bakı Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə 15 Mart 2021-ci il tarixdə məktəbin IX sinif şagirdləri arasında monitorinq keçirildi. Koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub. Üç fənn üzrə aparılan qiymətləndirmə şagirdlərin Azərbaycan dili, riyaziyyat və xarici dil bacarıqlarını və biliklərini yoxlamağa xidmət edirdi. Monitorinq imtahanının keçirilməsində əsas məqsəd IX siniflərin buraxılış imtahanına hazırlığın keyfiyyətini yüksəltmək, şagirdləri stimullaşdırmaq, tədrisin keyfiyyətini nəzarətdə saxlamaqdır. Monitorinqin nəticələri təhlil ediləcək və nəticələrə müvafiq tədbirlər görüləcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi