Mənim ünsiyyət dairəm

Məktəbin psixoloqu Urba Orucova şagirdlərlə “Mənim ünsiyyət dairəm”, “Mən və mənim sinfim, “Mənim maraq dairəm” mövzusunda qrup söhbətləri apardı. Şagirdlərlə, şagird-şagird, şagird-müəllim kimi münasibətləri analiz etmək üçün sorğu keçirildi. Sorğunun nəticələrinə uyğun şagirdlərə tövsiyələr verildi. Daha sonra onlarda ünsiyyət prosesində əmələ gələn çətinlikləri aradan qaldırmaq haqqında ətradlı və geniş məlumat verildi. Şagirdlərə isə verilən tövsiyələrə düzgün əməl etmələri üçün istiqamətləndirildi.