“Xocalı soyqırımı xalqımıza qarşı törədilmiş ən böyük cinayətdir” mövzusunda rəsm müsabiqəsi

"Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."
Heydər Əliyev
Məktəbimizdə IV-VI sinif şagirdləri arasında Xocalı faciəsinin 29-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı xalqımıza qarşı törədilmiş ən böyük cinayətdir” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. 13 fevral 2021 -cı il tarixdə elan olunmuş müsabiqəyə 250 -ə yaxın rəsm əsəri təqdim olunmuşdur. Məktəblilər çəkdikləri rəsmlərdə düşmənin Xocalı sakinlərinə qarşı törətdikləri vəhşilik və soyqırımı böyük ürək ağrısıyla kağız üzərində əks etdiriblər. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Şagirdlər 26 Fevral Xocalı faciəsinin təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağlasığmaz bir cinayət olduğunu öz rəsmlərində əks etdirərək bu mövzuda bədii kompazisiyalar da hazırlamışlar.
Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.