Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar ağacəkmə aksiyası

    Fevralın 23-də Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar Səbail rayonu, Salyan şossesi 32 ünvanında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ağacəkmə aksiyası əşkil olunmuşdur. Tədbirdə Xocalı şəhərindən köçkün düşərək Səbail rayonunda məskunlaşmış ailələrin nümayəndələri, eyni zamanda Birinci və İkinci Qarabağ müharibəsində həlak olmuş şəhidlərimizin ailə üzvləri, qazilər, RİH başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir Xocalı faciəsi qurbanlarının, eyni zamanda torpaqlarımızın azadlığı uğrunda canından keçmiş əsgər və zabitlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Daha sonra Xocalı soyqırımı zamanı qətlə yetirilən 613 Xocalı sakininin xatirəsini əbədiləşdirmək üçün 613 ağac tingi rayon ərazisində yaşayan xocalılar, şəhid ailələri və digər qonaqların iştirakı ilə torpağa basdırılıb. Ağacəkmə aksiyasında məktəb rəhbərliyidə iştirak etmişdir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi