“Vətən yaxşıdır” adlı onlayn respublika mahnı müsabiqəsi

  Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə cari ilin 15 yanvar-15 fevral tarixlərini əhatə edən “Vətən yaxşıdır” adlı onlayn respublika mahnı müsabiqəsinə start verilib. Ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilən müsabiqənin təşkilində əsas məqsəd Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xudayar Yusifzadə və onun timsalında bütün şəhidlərin xatirəsini böyük ehtiramla yad etmək, uşaq və gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyələndirmək, istedadlı dərnək üzvlərini aşkar etməkdən ibarətdir. Məktəbimizin 6a sinif şagirdi Nizami Quliyev bu müsabiqədə iştirak edərək ııı yerə layiq görülmüşdür.

Nizamini təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi