STEAM distant təlim , maraqlı dizayn və çap

Distant təhsil zamanı STEAM məşğələləri də uğurla tədris olunurdu. 7-ci sinif şagirdləri dərs zamanı özlərinin distant təhsildə ehtiyacları olduqları telefon aksesuarlarını Tinkercad proqramı ilə dizayn edib 3D printerlərdə müəllimlərinin köməyi vasitəsilə çap ediblər. Müəllimlər şagirdlərlə görüşüb çap olunan məhsulları onlara çatdırıblar. Şagirdlər öz əməklərinin bəhrəsinindən istifadə edərək onlayn dərslərdə daha da fəal iştirak edirlər. STEAM həyatımızın hər anında yanımızda!