"Narkomanoyaya yox deyək" adlı tədbir keçirildi

17 may tarixində məktəbimizdə Səbail Rayon İcra Hakimiyyəti ilə birlikdə "Narkomanoyaya yox deyək" adlı tədbir keçirildi. Tədbirdə məktəbin IX, X, XI sinif şagirdləri iştirak etdi. Bundan əlavə Səbail RİH-nin məsul işçisi Kəmalə Məmmədova, BDU Cografiya fakultəsinin müəllimi Qoşqar Məmmədov, "Dövlət və Qanun" qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı, Səbail rayon Polis İdarəsinin "Yetkinlik yaşına çatmayanlarla iş" üzrə inspektoru polis leytenantı Ağa Bəşir, Səbail rayon 8-ci Polis bölməsinin "YYÇİ" üzrə inspektoru polis baş leytenantı Tural Quliyev,İçərişəhər Cümə məscidinin Dini İcmasının sədr müavini iştirak etdilər. Tədbirdə qonaqlar narkomaniyaya qarşı görülə biləcək işlərdən, bu bəladan qorunmaq yollarından danışdılar, şagirdlərin suallarını cavablandırdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi