2 fevral – Gənclər Günü

      2 fevral – Gənclər Günü münasibətilə məktəbimizin Azərbaycan dili və ədəbiyyatı müəllimi Səbinə Səmədovanın təşkilaçılığı ilə “ Gənclər gələcəyimizdir” adlı  tədbir keçirdi. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Tədbiri giriş sözü ilə açan Səbinə müəllimə çıxışı zamanı qeyd etdi ki, böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O, öz həyatını qurarkən, ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, əməli fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir.  Xalqın da, dövlətin də gələcəyə olan ümidləri, ilk növbədə, gənc nəsillə bağlıdır. 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycan gəncliyi bir daha sübut etdi ki, gələcək etibarlı əllərdədir. Bu gün Azərbaycanda həm mənəvi, həm də fiziki cəhətdən sağlam gənclər yetişir. Onlar elm, mədəniyyət, səhiyyə, sənaye və digər sahələrdə uğurlu nailiyyətlər əldə edir, mötəbər idman yarışlarında, olimpiya oyunlarında ölkəmizin şərəfini qoruyaraq Azərbaycan Bayrağını yüksəklərə qaldırırlar. Ümummilli lider Heydər Əliyev hər zaman gənclərə  malik olduqları  qabiliyyət və intellektual imkanları  müqabilində  geniş meydan verməyin tərəfdarı idi. Ulu öndər gənclərlə iş məsələsini həmişə diqqət mərkəzində  saxlamış, onların sağlam böyüməsinə,  təhsilinə, həyatda layiqli yer tutmalarına  çalışmışdır. Bu siyasət hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi