Qanlı Yanvar faciəsi

     Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “20 Yanvar faciəsinin otuz birinci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə əmrinə əsasən keçirilən onlayn dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermis Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.    

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. Həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilən hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.
Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

Məktəbin Azərbaycan dili müəllimi sinif rəhbəri olduğu  5 L sinfində "Qanlı Yanvar faciəsi" mövzusunda təşkilat saatı keçirtdi. Şagirdlər video çarxlara baxdı və mövzu ilə bağlı yaratdıqları bədii kompazisiyanı nümaiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi