Zəfər günü

Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq göstərişi ilə 27 sentyabr tarixində düşmən təxribatına cavab olaraq keçirilən əks-hücum əməliyyatı ilə başladılan, tarixə qəhrəmanlıq səlnaməsi kimi daxil olan, torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpa edilməsi ilə nəticələnən Vətən müharibəsi barədə danışıldı. Xalqın amalı, birliyi və iradəsi ilə Vətən müharibəsində yazılan yeni şanlı tarixin haqq və bəşəri ədalət nümunəsi olduğu vurğulanıb, tarixi torpaqlarımız üzərindəki 30 illik həsrəti qələbə ilə yekunlaşdıraraq bu müjdəni xalqa yaşatdığı üçün cənab Prezident İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna dərin minnətdarlıq diqqətə çatdırılıdı. Şagirdlər Qarabağın tarixi, tanınmış şəxsiyyətləri, ədəbiyyatı, musiqisi haqqında məlumatlar verdilər. Qarabağa həsr olunmuş şeirlər səsləndirdilər. Elmira müəllimə məktəbimizin şəhid məzunları haqqında xoş xatirələrini danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli düşünülmüş və müdrik siyasət nəticəsində tarixi ədaləti bərpa edən və qələbə hissini bizə yaşadan rəşadətli Ordumuzun hər bir hərbi qulluqçusuna dövlətimiz tərəfindən göstərilən qayğı və diqqətin təzahürüdür ki, bir sıra hərbi qulluqçumuza müvafiq sərəncamla orden, medal və fəxri adlar verilib, xalqımız tərəfindən əbədiləşdirilməsi üçün 27 sentyabr tarixi “Anım günü” və 8 noyabr tarixi “Zəfər günü” təsis edilib, müvafiq fərman ilə Şəhid və qazi ailələrinə yardım məqsədi ilə “Yaşat” fondu yaradılıb