Mayor Vüqar Abbasov "Əsgərə məktub" aksiyasına qoşulan şagirdimizin məktubuna cavab olaraq onu görməyə gəldi

"Əsgərə məktub" aksiyasına qoşulan 4-cü sinif şagirdimz Tural öz məktubunu bu sözlərlə bitirmişdi:"Bu məktubu alan əsgər! Bir gün səninlə mütləq görüşəcəyəm!" Onun ağlına da gəlməzdi məktubu alan Talış kəndinin ermənilərdən azad edilməsində şücaət göstərərək ayağından yaralanmış mayor Vüqar Abbasov yarası sağalar-sağalmaz onu görməyə gələcək! Cənab mayor direktorla birgə məktubun üzərinə adını yazmağı unutmuş məktub sahibini tapmaq üçün bütün 4-cü siniflərigəzməli oldu. Nəhayət ki, Turalı tapıb mayor ona böyük minətdarlığını bildirdi.