Şəhidlər ölməz!

24.12.2020-ci il tarixində 9b sinfi ilə "Şəhidlər ölməz! adlı sinif təşkilat saatı keçirildi. Sinif rəhbəri Sevda Sarıyeva sinif saatında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladları hörmət və ehtiramla yad edildi, şəhidlərimizə həsr olunmuş videoçarxlar nümayiş olundu. Eyni zamanda məktəbimizin şəhid məzunları haqqında söhbətlər aparıldı. Fatimə Məmmədova şəhid Bilal Qənbərov haqqında məlumat verdi. Bildirildi ki, şəhidlərin qanı bahasına əldə olunan milli müstəqilliyimiz daim qorunmalı, eləcə də onların xatirəsi əziz tutulmalıdır.