Qarabağın florası və faunası

   Məktəbimizin biologiya müəllimi Elnarə Məmmədovanın təşkilatşılığı ilə 7ç sinif şagirdlərinin iştirakı ilə “Qarabağın florası və faunası “ mövzusunda onlayın dərs keçirdi. Burada əsas məqsəd Qarabağda bitən relikt və endemik bitki növləri və həmin ərazidə yaşayan heyvan növləri haqqında məlumat toplamaq idi. Dərs virtual məktəb platforması üzərindən Microsoft Teams proqramı vasitəsilə keçdi. Elnarə Məmmədova Kiçik Qafqaz təbii vilayətinə daxil olan Dağlıq Qarabağ və Aran Qarabağ ərazilərinə aid olan landşaft və biotoplarda məskunlaşmış nadir və nəsli kəsilmək təhlükəsi altında olan növləri haqqında eləcə də Azərbaycanda mövcud olan faunanın 25 min növü buğumayaqlılar, 630 növ isə onurğalılar faunasının payına düşdüyünü, bütün fauna 25630 növdən və yarımnövdən ibarət olduğunu qeyd etdi.Bu qoruqlarda fauna növlərindən canavar, çaqqal, çöl donuzu, porsuq, bezoar keçi, cüyür, dovşan və müxtəlif gəmiricilər; bildirçin, alabaxta, göyərçin, kəklik, turac kimi quşlara da rast gəlindiyini bildirdi. 7ç sinif şagirdi Cəfərzadə Nərmin işğaldan azad olunmuş ərazilərdən biri də Daşaltı dövlət yasaqlığı haööında məlumat verdi. Yasaqlığın yaradılmasında əsas məqsəd «Topxana» adlanan dövlət meşə fondunun və burada məskunlaşmış cüyür, çöl donuzu, dələ, dovşan, canavar, tülkü, çaqqal və s. heyvanlar, onlarla növ quşun qorunmasından ibarət olmasını bildirdi. Əliyev Fateh və Əliyev Elgün zəngin təbiəti, flora və faunası ilə fəqlənən Qarabağda nadir və endemik quş növləri ilə yanaşı, nəsli kəsilməkdə olan quş növləri də müxtəlif qoruq və yasaqlıqlarda qorunmasından, eyni zamanda erməni təcavüzünün minlərlə insan həyatına və arzularına son qoymaqla bərabər, gözəl təbiət incilərini də məhv edərək, bununla yalnız vətənimizə yox, həm də bütün dünyaya əvəzi ödənilə bilməyən zərər vurduqlarından danışdılar. 7ç sinif şagirdi Kifayət Əsgərova davam edərək Azərbaycanın qədim şəhəri Şuşada bitən Xarı bülbülü yalnız şəkillərdən, fotolardan izləmişik. Bir igidin ömrü qədər gözlədik və 30 il sonra 44 günlük müharibənin nəticəsində Azərbaycanın igid oğulları Qarabağı düşmən tapdağından azad etdi.Qarabağı da, Xarı bülbülü də...Xarı bülbüllərimizi yalnız azad etmədik, həm də tapdaqdan baş üstünə qaldıra bildik. Hər qarışını, hər addımını qanıyla, canıyla aldı Azərbaycan əsgəri. Beləcə, kitablardan şəklini gördüyümüz Xarı bülbül də qələbəmizin simvoluna çevrildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi