“Xudayar təsnifi”

Məktəbimizin musiqi müəllimi Səkinə Məhərrəmovanın təşkilatçılığı ilə 7a və 7ç sinif şagirdlərinin iştirakı ilə “Qarabağın musiqi tarixi“mövzusunda onlayın tədbir keçirdi. Səkinə müəllimə Qarabağ muğam məktəbinin nümayəndələrinin Azərbaycan xalqının musiqi mədəniyyətini inkişaf etdirməklə, öz həmvətənlərinin ağıllarına, hiss və duyğular aləminə nəcə təsir göstərdiyindən söhbət açdı. Cəsarətlə demək olar ki, Şuşanın verdiyi musiqi istedadlarını dünyanın heç bir ölkəsi verməmişdi. Şuşa –Xurşid banu Natəvanın, Mir Möhsün Nəvvabın, ifaçılardan Xarrat Qulunun, Hacı Hüsünün, Sadıqcanın, Məşədi İsinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məmmədin, Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Rəşid Behbudovun, Məşədi Cəmil Əmirovun, Qurban Pirimovun, bəstəkarlardan Üzeyir Hacıbəyovun, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun vətənidir. Şagirdlərimiz XX əsrdə Qarabağ musiqi məktəbi dünyaya bir çox tanınmış musiqiçilərin bəxş etməsində Qarabağda keçirilən musiqi festivalları və müsabiqələri yeni istedadların üzə çıxması və inkişafına təkan vermiş və muğam sənətinin dünyada tanıdılmasından söhbət açdılar. Buna misal olaraq 1987-ci ildə Şuşada keçirilən “Xarı bülbül” ümumittifaq musiqi festivalını göstərmək olar. “Xarı bülbül” bu yerlərdə bitən nadir çiçəyin adıdır. Tədbirin sonunda öz ifasıyla yaddaşlara həkk olunan, şəhid olmamışdan iki gün əvvəl bu ifasıyla məşhurlaşan Azərbaycan ordusunun giziri Xudayar Yusifzadənin ifasında “Vətən yaxşıdır” mahnısı ilə başa çatdı. Xalq arasında sevilən həmin mahnını “Xudayar təsnifi”də adlandırırlar.