Sinif saatı

    Doğulub boya-başa çatdığın, suyunu içib, nemətini daddığın, acısı ilə kədərlənib, sevinci ilə qanadlanıb uçduğun, yaxşısı ilə öyünüb, pislərini özünə dərd etdiyin yurd -Vətəndir. Bu vətənin böyük, şərəfli bir adı var- Azərbaycan! Azərbaycan mənim vətənimdir. 3 A sinif şagirdlərinin sinif saatında məktəbin tərbiyə işləri üzrə direktor müavini Mürsəlova Leyla çıxış edərək gənc balalara söyləmişdi:

Vətən borcu, vətən sevgisi hər kəsin ürəyində və gözlərinin nurunda olmalıdır. Çünki babalarımızdan yadigar qalan torpaqları qorumaq, Heydər Əliyev ideyalarına sadiq qalmaq hər birimizin müqəddəs borcudur. Vətəni sevmək yalnız əlinə silah alıb döyüşə atılmaq deyil. Bu mənada, hər bir Azərbaycan gənci tutduğu vəzifəsindən asılı olmayaraq, vətəninin qədrini bilməli, ona sədaqətlə yanaşmalı və bayrağını uca tutmalıdır. Milli dəyərlərimizə həmişə hörmətlə yanaşmaq hər birimizin borcudur. Azərbaycanın gəncləri bu vətən üçün şəhid olublar. Bu gün Şəhidlər xiyabanı ancaq matəm günlərində ziyarət ediləcək bir yer deyil. Uşaqlar, yeniyetmələr və gənclər hər gün buranı ziyarət etməli, torpaqlarımız uğrunda canlarından keçən insanları unutmamalıdırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi