İgid əsgər, möhkəm dayan…

Salam vətən, salam ana,

Çətin gündə bizi sına,

Qanla cavab verək qana,

İgid əsgər, möhkəm dayan…

      Tariximizin hansı səhifəsini vərəqləsək, orada cəsur, igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyi şərtləndirir. Əsl vətənpərvər isə Vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində nümayiş etdirir. Quliyev Əvəz Hüseynxan oğlu 23 iyul 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 2002- ci ildə Bakı şəhəri, Səbail rayonu, şəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2013-cü ildə həmin məktəbi bitirmişdir. 2017-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiq edilmiş plana uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölmələrində hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanılmışdır. 2020-ci il sentyabrın 29-da ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün böyük ruh yüksəkliyi və coşqu ilə cəbhə bölgəsinə yola düşmüşdür. Əvəz II Qarabağ müharibəsi dövründə Cəbrayılda, Füzuli, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi