Torpaq uğrunda ölən varsa, Vətəndir!

Torpaq uğrunda ölən varsa, Vətəndir. Uğrunda ölməyə hazır olduğumuz torpağı düşmən tapdağından vuruşa-vuruşa, qanımızı axıdaraq azad etdik. Oğuz Məmmədli torpaqlarımızın azadlığı uğrunda canından keçməyə hazır olan gənclərdəndir. Məmmədli Oğuz Yaşar oğlu 1992-ci ildə Bakı şəhərində anadan olub. 2010-cu ildə 162 nömrəli tam orta məktəbin məzunu olub. 2010-2014-cü illərdə Xəzər Universitetində təhsil alıb. 30 sentyabr 2020-ci ildə cəbhəyə yollanıb. Oğuz Məmmədli Füzuli, Cəbrayıl, Xocalı, Şuşa, Ağdamın bir sıra yaşayış məntəqələrinin azad edilməsində iştirak edib. Hal-hazırda orduda xidmət edir. Sinif rəhbəri: Aygün Rüstəmova