Vətənin keşiyində duran əsgər kimi qürurluyam!

“Vətənin keşiyində duran əsgər kimi qürurluyam!” "Öncə Vətəndir!" deyən oğullardan biri də Fərid Ələkbərlidir. Ələkbərli Fərid İltimas oğlu 1992-ci ildə Biləsuvar rayonunda anadan olub. 2009-cu ildə 162 nömrəli tam orta məktəbin məzunu olub. Fərid Qarabağ müharibəsində könüllü iştirak edən vətənpərvər gənclərimizdən biridir. 29 sentyabr 2020-ci ildə cəbhəyə yollanıb. Füzuli, Zəngilan, Şuşa, Ağdamın bir sıra yaşayış məntəqələrinin azad edilməsində iştirak edib. Hal-hazırda orduda xidmət edir.
Sinif rəhbəri: Aygün Rüstəmova