Qəhrəmanlarımızı tanıyaq

...Azərbaycanlıyam. Necə də qürurlu səslənir bu söz. Bu hissi yaşayan hər kəs xoşbəxtdir. Xoşbəxtdir ki, doğma yurdu, müstəqil dövləti var. Bizə oğul deyən Vətənimiz, uğrunda canımızı sevə-sevə qurban verəcəyimiz müqəddəs torpaqlarımız var. II Qarabağ müharibəsində Azərbaycan oğullarından könüllü olaraq iştirak edənlərdən biri də 162 nömrəli tam orta məktəbin məzunu Nəsirov Elvin Azər ooğludur. O, 31 may 1995-ci il anadan olmuşdur. O, müharibə zamanı Füzuli, Cəbrayıl döyüşlərində qəhrəmancasına vuruşmuşdur. Elvin Nəsirov döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanmış, sağ gicgahından, gözaltı almacıq sümüyündən qəlpə yarası almışdır. Qazimiz müalicə olunduqdan sonra ordu sıralarından tərxis olunaraq, dekabrın 10-da öz evinə qayıdıb. Xalq da sizinlə fəxr edir. Körpədən tutmuş, ahıl yaşına çatmış hər kəs sizə xüsusi rəğbət bəsləyir. Siz ən yüksək sayğıya layiqsiniz.