Şəhidlər günəş kimi nur çiləyir hər zaman!

Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Müqəddəs Quranda buyurulur ki, şəhidlik və qazilik peyğəmbərlərdən sonra gələn adlardır.Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
Ağayev Cavidan Mirzağa oğlu 2001-ci il iyul ayının 16-da Bakı şəhərində anadan olmuşdur. 2007-ci ildə Səbail rayonu E.Əliyev adına 162 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2018-ci ildə həmin məktəbi bitirmişdir. 2020-ci il iyulun 22-də həqiqi hərbi xidmətə çağrılmış və Beyləqan rayonunda 3 ay hərbi xidmətdən sonra qalan vaxtı hərbi xidmətini Ağcabədi rayonunda davam etdirmişdir. 2 oktyabr 2020-ci ildə Ağdam və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur.