Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən şəhidimiz

Bəlkə də, borcundan çıxmadım, Vətən!  

Ömür bahar deyil ki, bir də qayıtsın.
Öləndə qoynunda qoy ölüm ki mən,
Çürüyüm, bir ovuc torpağın artsın...


Tağıyev Əli Aydın oğlu 7 avqust 1997-ci ildə İmişli rayonunun Yalavac kəndində ekiz qardaşıyla bir anadan olmuşdur. Qardaşlar 2003- ci ildə Bakı şəhəri, Səbail rayonu, şəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin 1-ci sinfinə qədəm qoymuşdurlar.. Orta təhsilini başa vurduqdan sonra hər ikisi  peşə kollecində dizayner mühəndis  ixtisasına yiyələnmişdirlər. Əli 29 sentyabrda Vətənin müdafiəsi üşün cəbhəyə yollanır. Əli eyni zamanda Aprel döyüşlərinin də iştirakçısı olub. O,  hələ kiçik yaşlarından qormazlığı, cəsarətilə başqa yaşıdlarından fərqlənirdi. Həmişə irəli atılar, dostlarını müdafiə etməyə, qorumağa çalışardı. Vətən müharibəsinin ilk günlərində iştirak edən Əli düşmən qarşısında da qorxmadı, elə hey irəli can atdı. Neçə-neçə erməni dığasını məhv edən manqa başçısı Əli Füzuli uğrunda gedən döyüşlərdə irəli atılıb daha çox erməni məhv edərkən azğın düşmən gülləsinə tuş gəlir. Beləliklə, həyat dolu, gözləri həmişə gülən 23 yaşlı Əli həyata doymadan Füzuli uğrunda gedən döyüşlərdə gözlərini əbədi olaraq yumdu. . Amma ruhu şağdır, çünki qanı tökülən torpaq artıq azaddır. Əli bütün Azərbaycan xalqının ürəyindədir, qəlbindədir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi