Qədim şəhərin nağılı

    Biri vardı, biri yoxdu. Qədim şəhərin yeni mənzərəsi və bu gözəllikləri qurub yaradan insanları vardı. Şəhər günü-gündən gözəlləşir, hər tərəfdən qurub yaradan insanlar xalqın rifahı üçün əllərindən gələni edirdi. Şəhər qədim olduğu kimi oranın qədim adət-ənənələridə vardı. Belə qədim ayinlərdən biridə novruz bayramıdır. Mart ayının əvvəlindən qız-gəlinlər evlərdə təmizlik edir, həyət vacanı təmizləyir, səməni qoyurdular. Evlərdə bayrama hazırlaşır, xonçalar bəzəmək üçün şirniyyatlar bişirirdilər. Bu bayramın gözəl keçməsinə görə əlinndən gələni edir. Uşaqlar sevinir, hamı bayram bazarlığı edirdi. Amma "Sən saydığını say" deyiblər atalar. Insanların bayram sevinci ürəyində qaldı, dünyanın başı üstünü qara buludlar aldı. Tək-tək doğulan insanlar on-on vəfat edir, ağır virus dünyada tuğyan edirdi. Bu bəla bizim torpağımıza da çatdı. Insanlar hər an xəstəliyə tutulmamaq üçün evlərinə çəkilirdi. Gözlənilmədən və heç kimin inana bilmədiyi "Evdə qal" şüarı rayon-rayon, kənd-kənd gəzirdi. Elimizdə karantin tətbiq edildi. Allahım sanki cinayət etmədən cəzalanır evdə həbs olurduq. Kosa və keçəlin gəlişini gözləyən uşaqlar koronavirus xəstəliyini qarşıladı, həmdə neçə dərslər dayandı, məktəblər bağlandı. Uşaqlar sevimli müəllimlərini görməkdən məhrum edildilər, işsizlik baş alıb gedir, işləmək üçün gələn ailələr kəndlərinə qayıdır və müvəqqəti orda qalırlar.

   Xalqın belə ağır vaxtında Vətənin oğlu, elin başçısı insanların qeydinə qalır, tikintilər dayanır- iqtisadiyyata böyük ziyan dəyməsinə baxmadan əhaliyə yardım məqsədi ilə maaşları verildi- xalqın imkanlı insanları kasıblara və imkansızlara yardımlar edirlər. Qocalar- kimsəsizlər evlərində oturur, dövlət onlara hər köməkliyi edirlər. Xalqımız çətinliyə sinə gərməyə çalışır, xalqımız yaşamaq uğrunda mücadilə edirdilər. 60 günlün karantinin bitməsinə az qalardı. Bu çətin anlarda həmişə xalqın yanında olan, həmişə xalqa xidmət edən, xalqının gələcəyini düşünən bir xalqın oğlu vardı. Xalq ilhamlı gələcəyə onunla birgə inanırdı. Adı kimi özü də ilhamlı  olan İlham ata qayğısına qaldığı uşaqları unutmur, daima onları qoruyur. Qədim yurdumda yeni bir bayram olacaq "Koronavirus" dan qurtarmaq günü. Bu qədim xalqın iki aylıq ağır günlərindən qısa bir nağıldır. Bəzən nağılların sonu yaxşılıqla qurtarır. Inşallah bizimdə bu nağılımız gözəl sonluqla qurtarar. Evdə şənliklər keçirilər, qurbanlar kəsilər. O, biri nağılda göydən üç alma düşür, bizim nağılımızda isə sonluq qurban kəsilməsi ilə qurbanlıqla bitər .

Məmmədova Nəsrin Nəriman (2-ci sinif)  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi