“Virtual məktəb” portalında onlayn metodbirləşmə iclası keçirildi

25 aprel 2020-ci il tarixində məktəbin metodbirləşmə sədri Əliyeva Sona müəllimin rəhbərliyi altında, təlim – tərbiyə işləri üzrə direktor müavi Leyla Mürsəlova və ibtidai sinif müəllimlərinin iştirakı ilə metodbirləşmə iclası keçirildi. Onlayn şəklində keçirilən iclasın əsas mövzusu Virtual məktəb layihəsinin həyata keçirilməsi üçün lazım olan tədbirlərin görülməsinin zəruriliyinə həsr olunmuşdur.