Onlayn formatda məktəblilərarası "Nə? Harada? Nə zaman?" intellektual yarışı

Aprelin 25-də məktəblilərarası onlayn şəkildə "Nə? Harada? Nə zaman?" intellektual yarışmasına start verilib. Oyununda 50-dən çox komandanın iştirakı olub. Bu yarışmanin əsas məqsədi koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə bilik və bacarıqlarından əlavə, məntiqi düşüncə və dünyagörüşünün də inkişafına nail olmaları üçün imkan yaratmaqdır.Bu yarışmada məktəbimizin 6L ,6 C, 7Ç sinif şagirdləri komanda halında iştirak ediblər. Komandanın kapitanı Rəvan öz yoldaşları ilə Amin, Röya, Raul, Ərən və Sübhanla birlikdə əla intelektli oyun nümayiş etdiriblər. Məktəbimiz 50 komanda arasında keçirilən yarışda 8 - ci yerə layiq görülüb