Bizim müəllimimiz

Xalqın düşünən beyni alimlər, vuran ürəyi cəfakeş vətənpərvərləridir, müəllim isə həm düşünən beyin, həm də vuran ürəkdir. Niyə? Çünki onun həm elmi var, həm də o bu elmi insanlara öyrədərək elmə can verir.
Bəzən deyirlər ki, müəllim olmağa nə var ki, bir dəfə bir elmin bəlli hissələrini öyrənir, sonra da ömrünün axırına qədər eyni şeyləri əzəbərdən öyrədir, daha burda çətin nə var ki? Bəlkə də deyilən prizmadan baxanda elədir, amma gerçəkliyin prizmasından baxanda bunun əksi görünür. Əzbər bildiyin elmi, biliyi fərqli beyinlərə ötürmək, hər beyinin içindəki gərəksiz bilgiləri çıxarıb yerinə, yaxud da yanına gərəkliləri yerləşdirmək bir ustalıq istər. Bəzən nə qədər bilikli adam olsa da müəllimlik edə bilmir, çünki müəllimlik sadəcə nəyisə bilmək deyil, bildiyini canlandrmaq-öyrətməkdir, elmə can verməkdir. Öyrətməyin də öz çətinlikləri var. Ən böyük çətinliyi odur ki, uşaq bəzən dərsə, elmə, müəllimə qarşı elə əks fikirlərlə dolu olur ki, elm öyrətmək deyil, ona hətta müəllim nəcibliyi ilə yanaşmaq da çətin olur. Belə zamanlarda müəllimlərin şagirdlərə yanaşması fərqlənir. Ən önəmlisi də odur ki, əsl müəllim öyrətməyə çalışır, səbrlə, təmkinlə, tükənməyən yumşaq bir inadlabiliyi beyinlərə yeridir. Dünyamin Yahyayev də belə müəllimlərdəndir. Onun dərsində vaxt elə tez keçir ki, şagirdlər ondan heç ayrılmaq da istəmirlər. Baxmayaraq ki, tədris etdiyi fənn çox ciddilik və dəqiqlik tələb edir Dünyamin müəllim həmişə sakit və mülayım baxışlarıyla şagirdlərin ən sevimli müəllimlərindən biri olaraq qalır. Hətta bu çətin günlərdə belə şagirdlərindən ayrılmadı Dünyamın müəllim. Dərs vaxtı gələn zaman müəllim vertual olsa belə özünü sinif otağıda şagirdlərinin yanında hiss edir . Şagirdlərinin səsi ona xoşbəxt həyat , şagirdlərinin uğuru isə ona fəth edilmiş zirvələr bəxş edir. Riyaziyyat bütün elmlərin açarıdır deyiblər, bəlkə də elə şagirdlərin müəllimə olan sevgisinin sirr riyaziyyatdadır?