Xəstəliklərin qarşısının alınması üçün şagirdlər arasında maarifləndirmə işlərinin aparılması

       Məktəbin Fəaliyyət Planının 3.2.2 - ci bəndinə uyğun olaraq təhsilalanların sağlamlığının təmin edilməsi, xəstəliklərin qarşısının alınması üçün şagirdlər arasında maarifləndirmə işlərinin aparılması və Səbail rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin  məktubuna əsasən xəstələrin ilkin xəstəlik dövründə filtr aparılaraq aşkarlanması məqsədi ilə məktəbin həkimi Ülkər xanım  tərəfindən mütəmadi olaraq müxtəlif siniflərə reydlər keçirilir. Həkim tərəfindən məktəbin giriş qapısənda filtr qoyulub. Son dövrlərdə hava-damcı yolu ilə yayılan bir çox infeksiyalar - qrip, suçiçəyi, qızılça və s. xəstəliklərin yoluxma ehtimalının qarşısının alınması və profilaktikası məqsədi ilə bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmişdir . Beləki, sanitar gigiyenik qaydalara uyğun olaraq məktəbin sinif otaqlarında nəm üsulla təmizlik işləri, sinif otaqlarının havalandırılması, tibb kabinetinin sanitariya normalarına uyğun təşkil edilməsi və s. kimi işlər görülmüşdür. 29.02.2020- ci il tarixində profilaktik tədbir olaraq Azərbaycanın Səhiyyə Nazirliyi tərəfindən məktəbimizdə dezinfeksiya işləri aparılmışdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi