"OXU GÜNÜ" keçirildi

25 apreldə məktəbimizdə "OXU GÜNÜ" ilə bağlı tədbir keçirildi. Tədbir kitabxana müdiri Nəzakət xanımın rəhbərliyi ilə hazırlanmışdı. Tədbir zamanı şagirdlər müxtəlif kitablar haqqında məşhurlardan sitatlar, şeirlər söylədilər, musiqilər səsləndirdilər. 8Ç sinif şagirdi Rəcəbova Aytən kitab haqqında yazdığı şeiri auditoriyaya təqdim etdi. Sonda direktor Sevinc xanım Abbasova bir qrup şagird və müəllimi "2015-2016-cı tədris ilində bədii ədəbiyyatın mütaliyəsində yüksək nəticə göstərdiyinə görə "fəxri fərmanla təltif etdi.