Beynəlxalq Yer Kürəsi günü ( Dəyirmi masa)
Məktəbimizin müəllim -şagird kollektivi və məktəbdə praktika keçən BDU - nun Coğrafiya fakultəsinin tələbələri yeni hazırlanmış 9-cu sinif coğrafiya kitabının müəllifi Nərminə Seyfullayeva ilə görüş keçirmişdir .Tədbiri məktəbin ditektoru- coğrafiya müəllimi Sevinc Abbasova 22 aprel "Beynəlxalq Yer kürəsi günü" münasibətilə iştirakçıları təbrik edərək açmışdı. Görüşdə Nərminə xanım yeni dərslikdə olan yeniliklərlə 8-ci sinif şagirdlərini məlumatlandırmış və müəllimlərə metodik tövsiyyələr vermişdi. Görüş zamanı müəllifə müəllim ,şagird və tələbələr tərəfindən dərsliklərdə olan qüsurlar və çatışmamazlıqlar haqqında məlumat verilmiş və maraqlı izahlar alınmışdı.Tədbirin sonunda Nərminə xanım məktəbimizin müəllim və şagird kollektivinə uğurlar arzulamışdı.Kollektivimizə payız fəslində - "Hər Şəhidin adına 10 ağac əkək" aksiyasına qoşularaq Şəhidlərimizin ruhunu əbədi yaşatmaq tövsiyəsini vermişdi. Bu təklif hamı tərəfindən bəyənilmiş və alqışlanmışdı.