Vətənimin qələbə sabahı

            Bugün lisey qələbə soraqlı sabahı ilə şagirdləri qarşıladı. Vətən ,torpaq mövzulu hərbi vətənpərvərlik mahnıları səsləndirildi ,dinləyən hər kəsi qəhər boğurdu. Şagirdlər gəldikcə bayraqları götürüb  onlar üçün çəkilmiş çərçivələrdə dayandılar. Balacalar əllərindəki bayraqları yuxarıda  dalğalalandərdıqca Azərbaycan Ordusunun dünənki qələbəsi hər birimizi qürurlandırdı. Qeyd edək ki,27 sentyabr 2020-ci il tarixində uzun illər düşmən tapdağı altında olan Füzului rayonunun Qaraxanbəyli ,Yuxarı Əbdürrəhmanlı ,Aşağı Əbdürrəhmanlı, kənd Horadiz ,Qərvənd ,Cəbrayıl rayonunun Böyük Mərcanlı,Nüzgar kəndləri ,strateji əhəmiyyətli Murov yüksəkliyi işğaldan azad olunmuşdur. Bugünkü ilk dərslərimiz bu tarixi şanlı zəfər günümüzə həsr olundu , düşməndən alınmış  ərazilərimizin adları yazı lövhəsinə yazıldı ,şagirdlər gündəliklərinin arxasına yeni səhifələrə yeni başlıqlar əlavə etdilər: “Azad olunan torpaqlarımız “.

                 Allahdan şəhidlərimizə rəhmət ,əsgərlərimizə güc diləyir  ,qələbə soraqlı yeni  xəbərlər gözləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi