Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.

Liseydə Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş referat, divar qəzetləri və təqdimat müsabiqəsi təşkil olunmuşdur. Ən yaxşı çıxışlar bunlardır. 7a sinif şagirdi Əli Kazımov "Heydər Əliyevin ən çox sevdiyi", 7a sinif şagirdi Ruslan Kazımov "Heydər Əliyevin ömür yolu", 8a sinif şagirdi Xeyrənsə Cəfərzadə "Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması və Əsrin müqaviləsi", 5a sinif şagirdi İlkin Bayramov "Heydər Əliyev və uşaqlar", 5a sinif şagirdi Murad Kərbalayev "Ulu öndər və Azərbaycan", 5a sinif şagirdləri Selcan Əlisoy və Əli Şamilzadə "Vətənimin mərd oğlu" adlı təqdimatla çıxış etdilər.münsiflər heyətinin rəyi əsasında təqdimatlar müsabiqəsində 5a sinif şagirdi İlkin Bayramov, referat müsabiqəsində 8a sinif şagirdi Bəxtiyar Qasımzadə qalib hesab edilmişdir. Qaliblərin mükafatlandırılması mayın 3-nə təyin edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi