Məktəbədə mütaliyə işində atılan növbəti addım.

  Dərsdənkənar asudə vaxtlarda şagirdlərin mütaliyə ilə məşğul olmaları vacib bir məsələdir. Şagirdlərin mütaliyəyə olan maraqlarını artırmaq məqsədi  ilə məktəbdə  müxtəlif tədbirlər , dəyirmi masa və mütaliyə klubları təşkil olunmuşdur.

     Azərbaycanın görkəmli sənətkarı Cəlil Məmmədquluzadənin 150 illik yubileyi  münasibəti ilə 157 saylı tam orta məktəbdə tədbirlər həyata keçirilməkdədir.Bu tədbir çərçivəsində 01.12.2019-cu il tarixində məktəbin TTİDM-ni Sevda Novruzova və UBTR-i Natəvan Həsənalıyeva rəhbərliyində 8-ci sinif şagirdlərinin C.Məmmədquluzadənin ev muzeyinə ekskursiyası təşkil edildi. Ekskursiya zamanı şagirlərlə bərabər iştirakçı olan gənc müəllimlər və müəllim müdavimləri şagirdlərlə əsərlər üzrində  müzakirə apardılar. Müzakirələr zamanı  xüsusən C.Məmmədquluzadənin  “Anamın kitabı” əsərindən yola çıxaraq şagirdlərdə vətənpərvərlik , vətənə , millətə, maddi- mənəvi dəyərlərimizə sevgi  və  yüksək dəyər  verilməsi  kimi hisslərin aşılanması ən əsas məqsədlərdən biri  olaraq nəzərə çatdırılmışdı. Şagirdlərin bu işdə  fəal  iştirakı hiss edildi. Günün sonunda müzakirələr zamanı  fəal  iştirak edən şagirdlər kitablarla mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi