Narkomaniyaya, ağ ölümə yox!
28 noyabr 2019-cu il tarixində 157 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri ilə “Narkomaniyaya: ağ ölümə yox”devizi altında növbəti tədbir keçirildi..
Bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəlalardan biri olan narkomaniyaya qarşı mübarizənin yalnız dövlətin vəzifəsi olduğunu düşünməyin yanlış olacağını, bu bəla ilə mübarizədə cəmiyyətin hər bir üzvünün, eləcə də məktəbyaşlı gənclərin,valideynlərinin, müəllimlərinin fəal rol oynamasının vacibliyi qeyd edildi.
Tədbirdə məktəblilərə narkomaniyanın fəsadları barədə ətraflı məlumat verildi.İstər məktəb həyatında, istər məktəbdən sonrakı həyatlarında əhatəsində olduqları insanlara diqqət etmələrinin vacibliyi diqqətə çatdırıldı. Bu bəlaya düçar olan insnalardan uzaq durmağın və hətta bu barədə aidiyyatı orqanlara vaxtında məlumat verməyin həm özlərini, həm də o bəlaya düçar olanı xilas etmək üçün çox əhəmiyyətli olduğu nəzərə çatdırıldı. Tədbirdə zərərli vərdişlərə-narkomaniyaya qarşı mübarizənin kompaniya xarakteri daşımamalı olduğu qeyd olunaraq, bu mübarizə hər zaman ailələrin, məktəblərin, ümumiyyətlə cəmiyyətin hər bir üzvünün həssasiyyət və diqqətlə yanaşdığı, əsla ayıq-sayıqlığı əldən vermədiyi həyat tərzinə çevrilməsinin qaçınılmaz olduğu bildirildi. Əks təqdirdə sürət əsri olaraq da ifadə edə biləcəyimiz bu dövrdə, anlıq diqqətsizlik, ehtiyatsızlıq, nəzarətsizlik mühiti fərqində olmadan övladlarımızın, gənclərimizin bu bəlanın ağuşuna düşməsi ilə nəticələnə bilər.
Sonda, bu məsələdə məktəb, ailə, dövlət (polis orqanları) əməkdaşlığının vacibliyi, bu istiqamətdə mütəmadi olaraq həm məktəblilərlə, həm valideyinlərlə maarifləndirici iş aparılmasının əhəmiyyəti qeyd edildi.
Şagirdlərin sualları cavablandırıldı.Məktəb rəhbərliyi tərəfindən belə maarifləndirici tədbirlərin bundan sonra da davam etdirilməsinin vacibliyi barədə qərar qəbul edildi.