Məktəbdə sağlam-sosial mühitin yaradılması üçün şagirdlərlərlə təşkil olunmuş görüş.

    Bu gün məktəbin şagirdləri ilə "Bullinq" mövzusuna həsr olunmuş tədbir keçirildi. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Sevda Novruzova və UBT rəhbəri Natəvan Həsənalıyeva tərəfindən bullinglə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verildi. Şagirdlər üçün yeni olan Bullingin baş vermə formaları haqqında məlumat verilərək belə hallarla qarşılaşdıqda susmağın doğru olmadığı, dərhal müəllimlərə, məktəb rəhbərliyinə və ya mütləq evə getdikdə valideynlərinə məlumat verməli olduqları qeyd olundu.

    Bullinqi törədilmə formalarına görə bir neçə qrupa ayırmaq olar ki, bunlardan da bu gün məktəblilərin qarşılaşa biləcəkləri formalar fiziki, sözlü və kiberbullinqdir ki, bunlar barədə ətraflı məlumatlar verilərək şagirdlərin sualları cavablandırıldı.

    Fiziki bullinqin vurmaq, döymək, güc tətbiq etmək, fiziki zorakılıq etmək, əşyalarını iradəsi olmadan zor təbiq etməklə və ya hədə-qorxu gəlməklə əlindən almaq, əşyalarını alıb atmaq kimi hərəkətlərlə müşaiyət olunan forma olduğu, sözlü bullinqin əsasən başqasını alçaltmaq, onu başqalarının gözündə zəif göstərmək, nalayiq sözlərlə ittiham etmək, söyüş söymək və bu kimi şifahi qaydada başqasına edilən təzyiqlə müaşiyət olunduğu, kiberbullinqin isə, kompüter, mobil telefon və digər bənzər elektron vasitələrdən istifadə etməklə başqasına zərər vurmaq məqsədi ilə həyata keçirilən hərəkətlərlə müşayiət olunduğu izah edildi, bu tip hallarda şagirdlərin qorxmadan, çəkinmədən mütləq inandıqları, güvəndikləri birinə məlumat vermələrinin əhəmiyyəti vurğulandı. Əks təqdirdə bu tip halların artaraq davam edə biləcəyi və özünü çıxılmaz vəziyyətdə hissedən bullinqə məruz qalan üçün daha ağır fəsadlara yol aça biləcəyi iştirakçıların diqqətinə çatdırıldı.

Həmçinin başqa yoldaşlarının da bu tip bullinqə məruz qaldığına şahid olan və ya məlumatlı olan şagirdlərin də mütləq bu barədə müəllimlərinə, rəhbərliyə və ya valideyinlərinə məlumat vermələrinin vacib olduğu ifadə edildi. Heç kəs bu tip hallara məruz qalmaqdan sığortalanmadığı üçün belə halların qarşısının vaxtında alınması gələcəkdə onların da belə hallarla qarşılaşmasının qarşısını alacaqdır. Bu baxımdan da bullinqə qarşı mübarizə sadəcə bullinqə məruz qalanın iradəsi ilə olmamlı, bu işdə bulinq hallarına şahid və ya məlumatlı olanların da diqqətli olmalarının bullinqin vaxtında aradan qaldırlması baxımından önəmli olduğu nəzərə çatdırıldı. Əksər hallarda bullinqə məruz qalannın müəyyən psixoloji təzyiq altında olduğunu, qorxduğunu, çəkindiyini nəzərə alsaq buna şahid və məlumatlı olanların bu barədə aidiyyatı üzrə xəbər vermələrinin nə qədər əhəmiyyətli olduğunu daha yaxşı başa düşə bilərik.

    Tədbirdə şagirdlərin  aktiv iştirakları təmin edildi sual-cavab və ya müzakirə formasında həyata keçirildi. Şagirdləri maraqlandıran suallar cavablandırıldı.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi