“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində məktəblilərin bölgələrə səyahəti.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirilən, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsində, dünyagörüşlərinin artırılmasında, zəngin mədəni, tarixi irsə malik Azərbaycanımızı yaxından tanımalarında əhəmiyyətli rolu olan “Ölkəmizi tanıyaq” adı altında maarifləndirici tədbirlər çərçivəsində keçirilən növbəti tur-aksiyada məktəbimizin 11b sinif şagirdi Mustafayev İsmayıl iştirak etmişdr. 13-15 noyabr 2019-cu il tarixində 300 nəfər məktəblilərdən ibarət qrupla birlikdə Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola düşüblər.
Üç gün davam edən tur-aksiya çərçivəsində şagirdimiz ölkəmizin müəyyən bölgələrimizi daha yaxından tanımaq imkanı əldə edib, müxtəlif məktəblərdən olan şagirdlərlə xoş münasibətlər yaratmaq imkanı əldə edib. Bu tədbirin şagirdimizdə yaratdığı gözəl təəssüratları onun tədbir haqqında fikirlərini bölüşərkən yaşadığı həyəcandan başa düşmək o qədər də çətin deyildi.
Belə tədbirlərin həm məktəblilərin dünyagörüşünün artırılması, həm ölkəmizin zəngin tarixi, mədəni dəyərləri haqqında zəngin məlumatları yaxından öyrənmələri, həm də bu tip tədbirlərdə birlikdə iştirak etdikləri məktəblilər arasında xoş ictimai münasibətlərin formalaşması baxımından çox böyük əhəmiyyəti vardır.
Bu tur-aksiya çərçivəsində şagirdlər arasında müxtəlif mövzulu müsabiqələr, bilik yarışları təşkil edilmişdir ki, məktəbimizin şagirdi belə müsabiqələrin birində II yer tutmuşdur. Şagirdimizi təbrik edir, başda bu layihənin təşəbbüsakarı olan Prezidentimiz olmaq üzrə tur-aksiyanı təşkil edənlərə, tur-aksiya çərçivəsində müxtəlif şəhər və rayonlarımızda şagirdlərimizə qayğısını əksik etməyən Binəqədi Rayon İcra Hakimiyyətinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələrinə məktəbimiz adından təşəkkür edirik.