Bizimlə gələcək təmiz gələcək
Noyabrın 14-ü 157№-li tam orta məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Həsənalıyeva Natəvan "Bizimlə gələcək təmiz gələcək" mövzusunda 4a sinfində təqdimat keçirmişdir.
Təqdimat zamanı Natəvan müəllimə tərəfindən şagirdlərə plastik qablaşdırma tullantılarının təbiətə mənfi təsiri,məişət tullantılarının doğru kanteynerlərə atılması və onların yenidən istehsalı ilə bağlı maarifləndirici məlumat verildi.
Müzakirələr zamanı şagirdlər fəal iştirak etdilər. Şagirdlər ətraf mühitin qorunması, təbiət ehtiyatlarının səmərəli istifadəsi haqqında öz fikirlərini söylədilər.