İnsan hüquqları
İnsan hüquqları və ya İnsan haqları - "Bütün insanların malik olmağa haqqı olduğu əsas hüquqlar və azadlıqlar". İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata eytiyac duyulmadan hər kəsə aid edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqlaqrı və azadlığları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Azərbaycan Respublikasının Konstitusiyasının da əsas hissəsi İnsan və Vətəndaş Hüquq və Azadlıqlarına həsr olunmuş və İnsan hüquqları ən ali səviyyədə tanınır və dövlət tərəfindən qorunmasına təminat verilir.