Valideynlərlə görüş

"Valideynin məktəbdə bir günü " layihəsi çərçivəsində olan görüş 30 may 2019-cu il tarixində məktəbdə baş tutdu. Valideyn məktəb münasibətlərini, valideynlərin uşaqlarının təhsil fəaliyyəti ilə maraqlanma səviyyəsini ölçməyə imkan verəcək sualları əsasında anket sorğusu keçirildi.
Valideynlərin uşaqları ilə bağlı onlara ünvanlanan sorğuda maraqla iştirak etdilər. Anket sorğu nəticələri ətraflı dəyərləndirilərək çatışmazlıqların aradan qaldırılması işində inkişafın bərpası kimi istifadə ediləcək.