Famil Isgəndərovun anım tədbiri

15.03.2019-cu il məktəbin məzunu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid olan , adı hər zaman məktəbimizdə və məktəbimizin hər bir müəllim və şagirdinin qəlbində yaşayan Famil Isgəndərovun anım günü qeyd edildi. Şəhidimizin yaxınlarına belə igid və vətən üçün canından keçəcək qədər vətənpərvər bir oğul böyütdüyü üçün təşəkkür edir, şəhidimizin timsalında bütün şəhidlərə rəhmət diləyirik.