Xocalı soyqırımının 27-ci ildönümü

Bu gün Binəqədi rayonu 157 saylı məktəbdə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım keçirildi.Tədbirdə məktəb rəhbərliyi,pedaqoji kollektiv, valideynlər və şagirdlər iştirak edib.
Məktəbin foyesində "Xocalı soyqırımı" haqqında foto-stendlər sərgiləndi. Tədbir məktəbin akt zalında təşkil olunmuşdur.Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb daha sonra Xocalı faciəsi qurbanlarının,Azərbaycan müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xocalı soyqırımı barədə məlumat verən məktəbin ədəbiyyat müəllimi İsmayılova Zabitə bildirdi ki,Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı moto atıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən,etnik azyaşlılara qarşı baş vermiş soyqırımdır.Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid vermiş, minlərlə soydaşımız öz yurd-yuvalarından qaçqın düşmüşdür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert)şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi.Tədbirdə məktəbin şagirdləri Xocalı haqqında şeir oxudular,bu faciənin qurbanlarından bəhs edən səhnəcikləri təqdim etdilər.
Tədbirin keçirilməsində məqsəd şagirdlərə tariximizi,qan yaddaşımızı aşılamaq,vətənpərvərlik hisslərini oyatmaq,Xocalı hadisələri barədə daha dolğun məlumat formalaşdırmaqdan ibarətdir.