"Doğma dilim"
Binəqədi rayonu Famil İsgəndərov adına 157 saylı tam orta məktəbdə 21 Fevral - Ana dili Günü münasibətilə “Doğma dilim” mövzusunda tədbir keçirilmişdir. Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən tədbirdə məktəbimizin 5 b sinif şagirdləri ana dilimizə olan sevgilərini hazırladıqları səhnəciklərdə, oxuduqları mahnılarda böyük ruh yüksəkliyi ilə bildirdilər.Tədbirdə məktəbimizin direktoru Gülayə xanım Səttarova, direktor müavinləri, müəllimlər və valideynlər iştirak edirdilər.Sonda çıxış edən məktəbin direktoru Gülayə Səttarova ana dilimizin tarixinə nəzər salaraq dilimizin mükəmməlliyindən, zənginliyindən söz açdı,tədbirin sonunda Gülayə xanım çıxış edərək tədbirin təşkilatçılarına, şagirdlərə öz məharətli çıxışlarına görə təşəkkür etdi.